-
- 28-02-2019, 16:32
- 886
Bu il Bakıda 24 sərgi keçiriləcək
Cari ilin aprel ayında növbəti sərgi mövsümü start götürür.
News24.az xəbər verir ki, bu il sərgi və konfrans təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri Azərbaycan Respublikası dövlət strukturlarının dəstəyi ilə 24 sərgi keçirməyi planlaşdırır.
Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu iqtisadiyyat, texnologiya və digər sahələrin inkişafı ilə şərtlənir. Belə tədbirlər sənaye
təmayülləri, rəqib şirkətlər və uğura nail olmaq üçün nə etmək lazım olduğu barədə aydın təsəvvür yaradır. Sərgilər bu və ya digər məhsul, yaxud xidmət barədə məlumat verməklə yanaşı, istehsalçı ilə istehlakçını birbaşa görüşdürən yeganə reklam üsuludur.
Sərgilərin səmərəli cəhəti həm də vaxta qənaətdir, çünki sərgi 3-4 gün ərzində bir platformada sənayenin aparıcı iştirakçıları ilə görüşlər keçirmək, danışıqlar aparmaq və faydalı işgüzar tanışlıqlar qurmaq üçün unikal imkanlar yaradır.
Tədbirlər haqqında ətraflı məlumatı www.iteca.az və www.ceo.az saytlarından əldə edə bilərsiz.
Nigar MƏMMƏDLİ