"My beach"dən  İDDİALARA CAVAB -
    • 12-07-2023, 18:42
    • 1 421

"My beach"dən İDDİALARA CAVAB - "Sirkdə yemək-içmək vermirlər, amma bileti 20 manatdır" - VİDEO

Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qəbzdə sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulduğu göstərilir.

Mövzu ilə bağlı  "My Beach" istirahət mərkəzinin baş inzibatçısı Firudin Veyisovla həmsöhbət olduq.

F. Veyisov News24.az-a açqılamasında bildirdi ki, şou proqram olan hər bir restoranda 25 faiz servis haqqı alınır: "Şou proqram olan restoranların hər birində ümumi hesabın üzərinə  20 faiz servis xidmət haqqı gəlir. Bizim də proqramımızda şou proqram və karnaval-şou var. Və bu xidmət haqqı bizdə 25 faizdir. Aldığımız 5 faiz əlavə servis haqqı məhz həmin karnaval şouya görədir. Eyni zamanda biz sözügedən şou proqramlara tanınmış müğənniləri, Xalq artistlərini dəvət edirik. Həm də bu müştərinin seçiminə buraxılıb. Əgər müştəri şou proqramda iştirak etmək istəmirsə, kabinetdə oturursa, ondan cəmi 10 faiz servis haqqı alınır. Əslində, bizim şou proqramın dəyəri 25 faizdən də yüksəkdir. Amma biz az alırıq. Adi sirkə gedəndə 20 manat verib bilet alırıq. Biletə yalnız göstəri daxildir, yəni yemək verilmir. Amma biz burada saat 7-dən 9-a qədər karnaval -şou göstəririk". 

Baş inzibatçı həmin servis haqqının ofisanta çatması məsələsinə də aydınlıq gətirib: "Dənizkənarı məkanlarda çalışan ofisantlar həm maaş, həm də faiz alır. Ümumi hesabın 10 faizi ofisianta çatır. Bundan əlavə hər biri aylıq maaş da alır".

Qumral Əliyeva