NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib
    • 28-02-2019, 16:57
    • 854

NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib

NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib.

News24.az xəbər verir ki, hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.