Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb
    • 13-07-2023, 13:52
    • 511

Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb

2023-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,3% artıb.

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 83 manat çox vəsait xərcləyib.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5,1% artaraq 31,4 milyard manata bərabər olmuş, onun 46,6%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.