Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb
    • 13-07-2023, 21:08
    • 264

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.

Qurumdan ​News24.az​​​-a verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - deyə məlumatda qeyd olunub.