Şəhid generalın xanımı xatirələrini BÖLÜŞDÜ - VİDEO
Bu gün ikinci Fəxri Xiyabanda general-mayor, şəhid Polad Həşimovun anım mərasimi keçirilib.
Anım tədbirində News24.az -a danışan şəhid generalın həyat yoldaşı Ofeliya Salmanova 2020-ci il 14 iyul tarixində həyatlarının ən ağır itkisini yaşadıqlarını deyib: “Bu, eyni zamanda Azərbaycan xalqının 30 ilə yaxın bir müddətdə əziyyət çəkdiyi işğalın sonu, qələbə tarixinin başlanğıcıdır. Qəlbimizdə itkisinin yarası sağalmasa da, onun və bütün şəhidlərimizin qəhrəmanlığı ilə qürur duyuruq. Polad Həşimovun yoxluğu qəlbimizdə hər gün artan yaradır. Amma qürur duyuruq ki, onun qoyduğu yolu, zabit və əsgərləri qətiyyətlə davam etdirirlər”.
Müxbir: Nərmin Murad
Video: Nicat Niftəliyev