Vergi ödəyicilərinin sayı  7,1 % artıb
    • 14-07-2023, 13:30
    • 716

Vergi ödəyicilərinin sayı 7,1 % artıb

Ölkəmizdə yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı getdikcə artır

News24.az xəbər verir ki, 2023-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.460.991 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 9,4 faiz artıb. 

Yanvar-iyun aylarında 8.012 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır.

Müxbir Ayfər Nizaməddinqızı