Büdcəyə vergi daxilolmaları 2,7 milyard manat artıb - VİDEO
    • 14-07-2023, 17:31
    • 707

Büdcəyə vergi daxilolmaları 2,7 milyard manat artıb - VİDEO

2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub.

News24.az
xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Nəbiyev məlumat verib.

Bildirib ki, ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,2 faiz artıb.

Ayfər Nizaməddinqızı