Bakıda gənc oğlan sevgilisini intim görüntüləri ilə şantaj edir
    • 1-03-2019, 12:00
    • 1 235

Bakıda gənc oğlan sevgilisini intim görüntüləri ilə şantaj edir

Bakıda gənc oğlan sevgilisini intim görüntüləri ilə şantaj edir.

News24.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Elfanə U. (ad etik qaydalara görə şərti verilib) Nizami rayon Prokurorluğuna müraciət edərək əvvəllər sevgi münasibətində olduğu şəxsin onu şantaj etdiyini deyib.

28 yaşlı Elfanə yazılı müraciətində qeyd edib ki, Umud adlı şəxs onun intim videolarını yayacağı ilə qorxudub və 9 min manat pul alıb.

Məlumata görə, həmin şəxslə Elfanə daha əvvəllər sevgili olub ayrılıblar. Onların arasında intim münasibət olub. Araşdırma aparılır.

Taleh BAĞIROV