Yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqları necə artırılmalıdır?
    • 17-07-2023, 11:41
    • 269

Yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqları necə artırılmalıdır?

Bizə edilən yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əməkhaqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.  

Millət vəkili bildirib ki, təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla, iki mərhələdə həyata keçirildiyi üçün əməkhaqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var: “Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənəd ilə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var”.

V.Bayramov vurğulayıb ki, bu baxımdan da, əməkhaqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir: “Bu halda 50 bal yığanların da 35 faizlik əməkhaqqı artımından istifadə etmək imkanı ilə yanaşı 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər. Qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu da nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın qiymətləndirilməsi ilə bağlı ekspertlər ilə görüşün keçirilməsi və konstruktiv dialoq əsasında müzakirələrin aparılması məqsədəuyğundur. Bu metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni  imkan ola bilər”.

Akqabay