-
- 17-07-2023, 13:28
- 265
Gürcüstana gedən turistlərin DİQQƏTİNƏ: vergi tətbiq oluna bilər
Gürcüstanda hotellərdə turist vergisi tətbiq oluna bilər.
News24.az xəbər verir ki, bu təklifi ölkənin Turizm İnstitutu irəli sürüb.
Rüsumun tətbiqi təşəbbüsü hökumət tərəfindən dəstəklənərsə, xarici turistlər hotellərdə qalmaq üçün gündə 1 lari (0.66 AZN) vergi ödəməli olacaqlar. Xaricilərdən yığılan vəsait turistlərin istirahət etdiyi regionların inkişafına yönəldiləcək.
“Turizm vergisi yalnız turistin yerləşmə yerində gecələdiyi təqdirdə ödədiyi vergidir və bu halda hotelin sahibi və ya operatoru heç bir şəkildə vergi ödəmir”, -Gürcüstan Turizm İnstitutundan bildirilib.
Batumi və Kobuleti kurortlarındakı hotel sahibkarlarının əksəriyyəti (52%) yeniliyi dəstəkləyir. Batuminin büdcəsi, əgər bu il rüsum yığılsaydı, əlavə olaraq 4-6 milyon lari - ilin sonuna qədər təxminən 2 milyon dollar daxil olacaqdı.
İnstitut qeyd edib ki, vergi Avropada olduğu kimi tədricən artırıla bilər.
Turist vergisi, Gürcüstanda tətbiq edilsə, məcburi olmayacaq: hər bir bələdiyyə qonaqlardan rüsum tutmaq məsələsinə müstəqil qərar verəcək. Hər bir bölgə də vergi məbləğini öz mülahizəsinə uyğun olaraq təyin edəcək.
Akqabay