Məşhur hind aktrisası Bakıya səfər edib – FOTO
    • 17-07-2023, 14:01
    • 595

Məşhur hind aktrisası Bakıya səfər edib – FOTO

Məşhur hind aktrisası, rəqqasə, teleaparıcı Malayka Arora Azərbaycana səfər edib. 

News24.az xəbər verir ki, 3 günlük səfəri çərçivəsində Bakının bir çox yerlərini gəzən aktrisa şəhərə valeh olduğunu bildirib.

O, izləyicilərilə təəssüratlarını bölüşərək – “Burada bir dünya var. Çantalarınızı yığın, ən yaxşı dostlarınızı götürün və gedin” -deyib. Akrtisanın Bakı səfəri Hindistan mətbuatında gündəm olub, insanlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu, Bollywood məşhurlarının Bakıya ilk səfəri deyil. Daha öncə Ram Çaran, Vivek Oberoy, Tamanna Bhatia, Kiara Advani, Aşiş Şarma və digər bir sıra məşhur simalar film çəkili və istirahət məqsədilə paytaxta səfər ediblər.