Azərbaycan opera səhnəsində “Sevilya bərbəri” nümayiş olunacaq – FOTO
    • 1-03-2019, 12:40
    • 1 619

Azərbaycan opera səhnəsində “Sevilya bərbəri” nümayiş olunacaq – FOTO

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin  “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək. 

Tamaşada Rozina obrazını Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva canlandıracaq.

Bu barədə News24.az-a məlumat verən F.Hacıyeva bildirib ki, tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət  edilib.

Onun sözlərinə görə, rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri Əli Əsgərov (Don Bazilio),  Əkrəm Poladov (doktor Bartolo), əməkdar artistlər  Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin  solistlər Nina Makarova (Berta)  və Firus Məmmədov (zabot) çıxış  edəcəklər.  Tamaşanı  əməkdar artist, dirijorların  beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.