-
- 17-07-2023, 18:55
- 780
Seldən zərər çəkən bu fermerlər ödəniş ala bilməyəcək
Yağan şiddətli yağışlar zamanı Azərbaycanın bir çox bölgələrindən sel keçib. Nəticədə 127 min hektar(ha) ərazi daşqınlardan zərər çəkib. Azərbaycanda 1 milyon 600 min ha kənd təsərrüfatlı təyinatlı ərazi var. Bu ərazilərdən isə cəmi 421 min ha sığortalıdır. Zərər çəkən ərazilərdən sığortalı olanlara pul ödəniləcək. Əkin sahələrini sığortalamayan fermerlər isə sığorta yardımından yararlana bilməyəcək. Bəs, əkin sahələrini sığortalamayan fermerlərin təsərrüfatının aqibəti necə olacaq?
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov mövzu ilə bağlı News24.az-a danışıb.
Fondun nümayəndəsi bildirib ki, əkin sahələrinin ümumilikdə 127 min hektar (ha) ərazi zərər görsə də, yalnız sığortalanan ərazilərə ödəniş olacaq:
"Ölkəmizdə 421 min hektar ərazi sığortalanıb. Bu da əkin sahələrinin 1/4-i qədərdir. Sığortalanan 421 min hektar ərazinin 127 min hektarında tam və ya qismən hadisələr baş verib. Düşünülə bilər ki, hadisə baş veribsə, 127 min ha ərazidə bütün məhsullar məhv olub. Bu, qətiyyən belə deyil. Həmin hadisələr araşdırılacaq və sığorta hadisəsi kimi qeydə alınarsa, Aqrar Sığorta Fondunun əhatə etdiyi risklərə aid olarsa, həmin fermerlərə mütləq ödəniş olunacaq. Əkin sahələrini sığortalamayan təsərürfatçılara isə sığorta ödənişi edilməyəcək. Onlar öz təsərrüfat ərazilərini sığortalamadığı üçün zərər çəksələr belə, ödəniş ala bilməyəcəklər. Belə halla üzləşməmək üçün mütləq əkin sahələrini sığortalamaq lazımdır".
Qurum rəsmisi əlavə edib ki, 7 ay ərzində Aqrar Sığorta Fonduna 7 min sığorta müraciəti olub: "Müraciətlərin böyük hissəsi - 7 min müraciətin 3 mini fırtına ilə bağlı olub. Digər müraciətlər isə dolu və sel suları ilə əlaqəlidir. İndiyədək müraciət etməyən sahibkarlar da təsərrüfatlarını sel vurduqdan sonra müraciət etməyə başladı. Lakin onlara müsbət cavab verə bilmədik. Çünki əkin sahələrinin sığortalanmasının zamanı var. Məhsulun yetişməsinin dövrü var və o vaxtdan sonra sığortalamaq mümkün deyil. Onu da əlavə edim ki, seldən sonra ərazilərini sığortalamaq istəyən fermerlərin sayı artıb".
Ə.Əhmədovun sözlərinə görə, hazırda sel keçən bölgələrdə 50-yə yaxın yerli və Türkiyədən gələn mütəxəssislər çalışır.
Qeyd edək ki, 1 hektar ərazini sığortalamaq üçün cəmi 15-20 manat vəsait tələb olunur.
Qumral Əliyeva