Pərviz Quliyevin intiharı ilə bağlı cinayət işi açıldı
    • 1-03-2019, 13:36
    • 1 912

Pərviz Quliyevin intiharı ilə bağlı cinayət işi açıldı

Fevralın 22-də itkin düşən montajçı Pərviz Quliyevin meyitinin fevralın 27-də Sumqayıt şəhərində asılmış vəziyyətdə tapılması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 

Məlumat verilir ki, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. 
P.Quliyevin intiharının səbəblərinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

//Qafqazinfo