-
- 18-07-2023, 12:20
- 288
Azərbaycanda rüşvət alan yüksək vəzifəli məmurlara ağır cəza verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rüşvət əməlinə görə həbs edilmiş 2 vəzifəli şəxsinə hökm oxunub.
News24.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi Haşımov Mircavad Fərman oğlu və həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş Kazımov Zakir Mahmud oğlunun məhkəməsi başa çatıb.
Onların Tahir adlı iş adamından 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində rüşvət alması müəyyən edilib.
Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə onların hər birinə 8 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib və barələrində həmin idarədə cinayət işi açılaraq istintaq aparılıb.
Taleh Bağırov