Hakan Fidan Lavrovla danışdı
    • 18-07-2023, 14:11
    • 509

Hakan Fidan Lavrovla danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə taxıl sazişi ətrafında mövcud vəziyyəti müzakirə edib.

News24.az 
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu gün (18 iyul) xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Söhbət zamanı İstanbul Taxıl Sazişi çərçivəsində baş verən son hadisələr müzakirə olunub”, - Türkiyə XİN-dən bildiriblər.