Aşura günü təhlükəsizlik tədbirləri gücləndiriləcək – VİDEO
    • 18-07-2023, 15:51
    • 804

Aşura günü təhlükəsizlik tədbirləri gücləndiriləcək – VİDEO

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

Bu barədə News24.az-a Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, illahiyyatçı alim Samid Quliyev məlumat verib.

O, bildirib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Aşura günü iyulun 28-nə təsadüf edir.

Qarşıdakı ayın avqustun 17-də isə Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır.

Qeyd edək ki, hər il Məhərrəm ayında, "Aşura" günündə qanvermə aksiyaları keçirilir. Əzadarlıq ayinləri isə qadağan edilir.

Ayfər Nizaməddinqızı
Nicat Niftəliyev