Kür çayında azalma
    • 1-03-2019, 15:40
    • 858

Kür çayında azalma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.

News24.az xəbər verir ki, martın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub. 

Martın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində də azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 8, Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm azalma qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2018-ci il martın 01-də 375 sm), Şirvanda 223 sm (2018-ci il martın 01-də 249 sm), Salyanda 181 (2018-ci il martın 01-də 203 sm), Bankədə 187 sm (2018-ci il martın 01-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2018-ci il martın 01-də 108 sm) təşkil edir.