Bakıda marketdən oğurluq edildi
    • 19-07-2023, 11:18
    • 150

Bakıda marketdən oğurluq edildi

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, iyulun 18-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən 732 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 26 yaşlı Pünhan Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.