Bu ölkədə Formula 1-in təsnifatı dəyişdi
    • 19-07-2023, 17:36
    • 3 936

Bu ölkədə Formula 1-in təsnifatı dəyişdi

2023-cü il Emiliya-Romanya Qran-Prisi Formula 1-in təsnifatın yeni eksperimental formatını sınaqdan keçirəcəyi ilk mərhələ olmalı idi, lakin İmolada yürüşlərin ləğv edilməsi səbəbindən eksperimenti Macarıstan Qran-Prisinə köçürüblər.

News24.az xəbər verir ki, uik-endə gətirilən şinlərin sayının ixtisar edilməsinə nail olunması çərçivəsində bu il təsnifat iki mərhələdə yeni formatda keçiriləcək. Hər bir pilot üçün əlçatan olan şin komplektlərinin sayı 13-dən 11-ə düşürüləcək. Bununla yanaşı, hər bir seqmentdə hamı üçün şinlərin tərkibinin məcburi olması tətbiq ediləcək. Komandalar birinci seqmentdə Hard, ikincidə Medium və üçüncüdə Soft şinlərdən istifadə etməlidir. Əgər hər hansı sessiya yağışlı elan edilərsə, şinlərin seçimi sərbəst olacaq. Eksperiment çərçivəsində pilotlar üç sərt və hər biri dörd orta və yumşaq təkərlərdən istifadə edə biləcəklər.

Təsnifat formatının ikinci dəfə sınaqları İtaliya Qran-Prisində keçiriləcək. Hunqarorinq və Monts uik-endlərinin yekunları üzrə yeni təsnifatın 2024-cü ildə məcburi olacağı və ya əvvəlki kimi qalacağı ilə bağlı qərar veriləcək./teleqraf.com/