Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
    • 19-07-2023, 20:55
    • 221

Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Report/