Göyçayda “Həbib” adlı iranlıya narkokuryerlik edənlər tutuldu
    • 20-07-2023, 09:36
    • 195

Göyçayda “Həbib” adlı iranlıya narkokuryerlik edənlər tutuldu

Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin İstintaq bölməsində cinayət işi başlanılıb.