Sürücü diqqətsizliyi dəmir yolu xəttində qəzaya səbəb oldu
    • 20-07-2023, 12:53
    • 253

Sürücü diqqətsizliyi dəmir yolu xəttində qəzaya səbəb oldu

20 iyul 2023-cü il saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.

"Azərbaycan Dəmir Yolları" ASC-dən News24.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə, minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.