Səudiyyə Ərəbistanı Üsamə Bin Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb
    • 1-03-2019, 22:00
    • 1 187

Səudiyyə Ərəbistanı Üsamə Bin Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb

Səudiyyə Ərəbistanı “Əl-Qaidə” terrorçu qruplaşmasının qurucusu Üsamə Bin Ladenin oğlu Həmzə Bin Ladeni Krallığın vətəndaşlığından çıxarıb.

Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Həmzə Bin Ladenin vətəndaşlığı ləğv edilib.
Qeyd edək ki, ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar məbləğində mükafat qoyub.

//Report