-
- 21-07-2023, 15:12
- 357
Məhərrəm ayında toy etmək olar? - AÇIQLAMA
Artıq Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında ziddiyətli fikirlər səsləndirilir.
News24.az illərdir cavabı tapılmayan suallarla bağlı ilahiyyatçı Elşad Miri və Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı, ilahiyyatçı Samid Quliyevin fikirlərini öyrənib.
İlahiyyatçı Elşad Miri bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində illərdir, əsirlərdir ki, məhərrəmlikdə toy edilib. Bu onların ailəsinin dağılmasına, boşanmalarına, uşaqlarının olmamasına, müəyyən uğursuzluqların baş verməsinə gətirib çıxarmayıb. “Bunlar nağıllardır, uydurmadır. "Qurani-Kərim”də hansı ayda toy edib - etməməklə bağlı qadağa yoxdur.
İlahiyyatçı həmçinin, onu da bildirib ki, Məhəmməd peyğəmbərin dövründə hansısa ayda toy etməmək haqda bir məlumat yoxdur: ”Məhəmməd peyğəmbərin sağlığında 3 qızı, xanımları, 3 oğlu və yaxınları vəfat edib. O bununla bağlı hər hansı bir məsələ qaldırmayıb ki, biz bu günlər toy-şadlıq etməyək və ya şənlənməyək. Heç bir zaman belə bir şey olmayıb. Məhərrəm ayında toy etmək bədbəxtlik gətirir və ya digər bu tipli deyimlərin hamısı əsassızdır və absurd düşüncədir. Qarabağın işğaldan azad edildiyi gündə şəhid olan minlərlə insana görə 44 gün yas saxlayırıqmı və ya həmin günlər toy etmirikmi?” deyə qeyd edib.
Qim-in əməkdaşı İlahiyyatçı Samid Quliyev bildirib ki, bu aylarda toy edən də qəbahət etmir və bu uğursuzluqla nəticələnməyəcək: “İslamda elə bir gün yoxdur ki, həmin gündə toy etmək qadağan olunsun. Sadəcə, Azərbaycan xalqı peyğəmbər və onun ailəsinə hörmət əlaməti olaraq xeyir işlərini təxirə salırdılar. Bu iş ənənədir. İslama isə heç bir aidiyyəti yoxdur. Bəzi rayonlar var ki, orada Məhərrəm ayında toy edirlər. İstər Məhərrəm, istərsə də Ramazan ayı ilə bağlı İslamda qadağa yoxdur”.
Nərmin Murad