“İqbal Ağazadə evlərinin sənədləri üçün 160 min manat verdi”
    • 1-03-2019, 21:15
    • 920

“İqbal Ağazadə evlərinin sənədləri üçün 160 min manat verdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə 165 min manat “atmaqda” ittiham olunan Sərməs Tağıyevin məhkəməsi keçirilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə S.Tağıyev özünü təqsirli bildiyini deyərək ittiham üzrə ifadə verib.
O deyib ki, deputat İqbal Ağazadə özünə məxsus olan evlərin sənədlərini qaydasına salmaq üçün ona 160 min manat verib: “İqbal müəllim sənədləri hazırlayıb evləri satacaqdı”.
S.Tağıyev verdiyi vədə əməl edə bilməyib və daha sonra İ.Ağazadədən aldığı pulu ona geri qaytarıb. 
Zərərçəkmiş İ.Ağazadə bu məhkəmə iclasında da iştirak etməyib. O, bundan öncə məhkəməyə müraciət edərək şikayətçi olmadığını bildirib.
Proses martın 14-də davam etdiriləcək.

//Qafqazinfo