Şuşa bizim cəsarətimizin rəmzidir - İlham Əliyev
    • 21-07-2023, 15:53
    • 269

Şuşa bizim cəsarətimizin rəmzidir - İlham Əliyev

Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlət başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.