-
- 1-03-2019, 21:52
- 910
“Məlum oldu ki, Aytən 4 aylıq hamilədir, Sabirdən qızımı almasını istədik”
Elçi getdiyi qızı və anasını güllələyən Sabir Qədimovun məhkəməsində zərərçəkən ifadə verib: “Təcili yarım maşını tez gəlsə idi, bəlkə də Aytən sağ qalacaqdı”
“Qızım Sabirdən hamilə qalıb, aparıb həkimə dərman içirdiblər. Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Buna görə Sabiri polisə şikayət etmədim. Evə gələndə qızımı almasını istədik. Onun anasıgil gəldi, Sabirin nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir edib”.
Elçi getdiyi qızı və anasını güllələyən Sabir Qədimovun məhkəməsinndə zərərçəkmiş – qətlə yetirilən Aytən Cəfərovanın anası Esmira Cəfərova belə ifadə verib.
Bizimyol.info xəbər verir ki, cinatət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Hadisə ötən il Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. 20 yaşlı Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 18 yaşlı qızı Aytən Cəfərovaya elçi gedib. Elçilik məclisindən sonra Sabir Qədimov Aytən Cəfərova ilə mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gedib. O, tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. Aytənin anası – 1962-ci il təvəllüdlü Esmira Cəfərova Sabirin qarşısını almaq istəyən zaman əlindən və çiynindən güllə yarası alıb. Qadının həyatını xilas etmək mümkün olub. Onun sağ əlinin üç barmağı travmatik amputasiya edilib. Aytən Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
S.Qədimov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Prosesdə ifadə verən zərərçəkmiş Esmira Cəfərova hadisəni belə danışıb: “Sabir Qədimov qızını təhqir edəndən bir neçə dəqiqə evimizə gəldi. Qapını mən açdım, bu zaman Sabir tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə sağ əlimin 2 barmağına dəydi, yerə yıxıldım. Tez qışqırdım ki, “Aytən, evdən qaç”. Sabirin əlləri əsirdi, tüfəngi yanında olan bibisioğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı”.
Zərərçəkən qeyd edib ki, onlar tələsmədən evdən gediblər. “Mən sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə “ana, bibi” deyə-deyə can verirdi. Daha sonra sürünə-sürünə küçəyə çıxdım. Qonşunun uşağı mənim yerdə uzandığımı görüb, yaxınlaşdı. Təcili yarım maşını tez gəlsə idi, bəlkə də Aytən sağ qalacaqdı. İstintaq zamanı Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya orada olmadığını qeyd etdilər”.
Proses martın 29-da davam edəcək.
//Bizimyolİnfo