"Hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb"
    • 21-07-2023, 18:18
    • 244

"Hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb"

Bu ilin 6 ayı ərzində prokurorluq orqanlarında  qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8% azalıb.

News24.az
xəbər verir ki, bu barədə bu gün Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb.

Eyni zamanda 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin birinci yarımilində qeydə alınmış:

- Qəsdən adam öldürmə cinayətləri 20 %; 
- Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 47,6 %;
- Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 13,7 %;
- Hərbi xidmətdən yayınma cinayətləri 52,5 %;
- Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 56,2 %;
- Qulluğa səhlənkar yanaşma cinayətləri 22,2 %;
- Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 8,3%;
- Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 52,4 %
- Özünü öldürməyə cəhd hadisələri 75 % azalıb".