Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı - FOTO
    • 2-03-2019, 10:05
    • 732

Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı - FOTO

Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

News24.az
xəbər verir ki, bu barədə Report məlumat yayıb.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. 

Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və oradan uzaqlaşıb. 

R.Qarayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.