Fərhad Bədəlbəyli: “Zeynəblə razı ola bilmərəm...”
    • 2-03-2019, 12:31
    • 1 945

Fərhad Bədəlbəyli: “Zeynəblə razı ola bilmərəm...”

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın incəsənət xadimləri ilə görüşü zamanı çıxışına etiraz edib. 

News24.az xəbər verir ki, görüş zamanı Zeynəb Xanlarovanın “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” sözlərinə Fərhad Bədəlbəyli belə reaksiya verib: “Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim.

Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər.

Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm”.