-
- 2-03-2019, 12:45
- 1 197
Xalq artisti Tofiq Tağızadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Martın 1-də Azərbaycan Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə Muzey Mərkəzində görkəmli kinorejissor, ssenarist, aktyor, Xalq artisti Tofiq Tağızadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
News24.az xəbər verir ki, kinorejissor, Əməkdar elm xadimi Ayaz Salayev tədbiri açaraq istedadlı rejissorun həyat və yaradıcılığından danışıb. O diqqətə çatdırıb ki, Tofiq Tağızadə yerli kinematoqrafiyanın “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Matteo Falkone”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. kimi məşhur filmlərinin müəllifi olub. “Tofiq Tağızadə əsl peşəkar idi, o, tarixi, macəra, komediya və digər müxtəlif janrlarda filmləri lentə alırdı. Bununla yanaşı, o, ssenari yazır, bəzi ekran əsərlərində rollara çəkilirdi. Böyük rejissorun xatirəsi əbədi yaşayacaq”, - deyə A.Salayev bildirib.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, 2019-cu ildə Tofiq Tağızadənin 100 illiyi qeyd olunur. “Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, 2019-cu ildə görkəmli rejissorun yubileyinə həsr edilən çoxsaylı tədbirlər keçiriləcək. Bu, dövlət tərəfindən istedadlı şəxsiyyətlərin fəaliyyətinə ayrılan böyük diqqətdən xəbər verir. Tofiq Tağızadə öz işinin ustası idi, onun adı Azərbaycan kinosu tarixinə qızıl hərflərlə yazılıb”, - deyə V.Əliyev əlavə edib.
Əməkdar artist Elxan Qasımov da həyatını çəkiliş meydançasından kənarda təsəvvür etməyən görkəmli kino xadimi barədə xatirələrini bölüşüb. “Tofiq Tağızadə təkcə hərtərəfli istedadlı rejissor deyildi, o, həm də gözəl insan, etibarlı dost və müdrik ustad idi”, - deyə E.Qasımov bildirib.
Sonra görkəmli rejissorun zəngin həyat yolunu əks etdirən videoçarx və slayd-şou nümayiş etdirilib.