Cavanşir Məmmədovun keçmiş kürəkəni həbs olundu
    • 24-07-2023, 11:08
    • 620

Cavanşir Məmmədovun keçmiş kürəkəni həbs olundu

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

News24.az
 “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili Cavanşir Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.