Aleksandr Şarovski Rus Dram Teatrına akademik statusunun verilməsini istəyib
    • 2-03-2019, 14:09
    • 1 119

Aleksandr Şarovski Rus Dram Teatrına akademik statusunun verilməsini istəyib

Ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın incəsənət xadimləri ilə görüşündə Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski təkliflə çıxış edib.

News24.Az-ın məlumatına görə, xalq artisti görüşdə Rus Dram Teatrına akademik statusunun verilməsini təklif edib:  “100 illik yubileyi ərəfəsindədir və o vaxt bizim teatrın açılışı zamanı Siz də dediniz ki, Azərbaycanda rus teatrı həmişəlikdir. Siz keçmiş ittifaq respublikalarında rus teatrlarının əksəriyyətinin necə acınacaqlı vəziyyətdə olduğunu və bizim bu fonda özümüzü necə yaxşı hiss etdiyimizi bilməlisiniz. Lakin məsələ bundadır ki, həmin respublikalarda rus dram teatrları akademikdir, bizdə isə yox. Çox istərdik ki, biz də bu qürurverici adı daşıyaq və Sizinlə birlikdə sevinək”.

Ülkər QASIMOVA