-
- 2-03-2019, 14:20
- 1 242
Arif Babayev: "Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə keçirdikləri görüşdə xalq artisti, professor Arif Babayev də iştirak edib.
News24.Az xəbər verir ki, çıxış üçün söz alan A. babayev Cənab Prezident və Birinci Xanımı salamlayaraq, təşəkkür etdikdən sonra Muğam müsabiqəsi haqda danışıb:
"Mən öz fikrimi qısa şəkildə deyəcəyəm. Müsabiqələr haqqında danışmaq istəyirəm. Bizim növbəti muğam müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən o müsabiqədə iştirak etmək istəyirəm. Doğrudan da çox böyük bir layihədir. Sağ olsun bu layihəni quran Mehriban xanım. Çünki muğam müsabiqələrinin keçirilməsi bizim sənət adamlarının inkişafına çox böyük təkandır. Yəni, cavanların araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması böyük işdir. Məsələn, bu yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Yəni, bununla demək istəyirəm ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz milli mədəniyyətimizin inkişafına doğrudan da böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı. İndi şükür Allaha ki, ayaq üstəyəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm.
Onu demək istəyirəm ki, cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə “Çox sağ olun!” deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da bu, böyük işdir.
Mən demək istəyirəm ki, uşaqlar musiqi məktəblərində formalaşırlar. Xalq və bəstəkar mahnılarını onlara balaca vaxtlarından öyrətmək lazımdır. Onların not bilmələri daha yaxşıdır. Bir xanəndə kimi biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl müəllim yoldaşlarımız var, birgə çalışırıq və yaxşı xanəndələri ortaya çıxarırıq.
Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, var olun. Diqqətinizə görə təşəkkür edirəm".
Azər NƏSİBOV