TƏCİLİ: Türkiyədə güclü zəlzələ oldu
    • 25-07-2023, 10:31
    • 407

TƏCİLİ: Türkiyədə güclü zəlzələ oldu

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə , Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib .

News24.az xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 09:44-da qeydə alınıb.

Zəlzələnin episentri Osmaniye şəhərindən 69 kilometr şimal-qərbdə, Kozan şəhərindən 20 kilometr şimalda yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşir.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Akqabay