Prezident Xələfova yüksək vəzifə verdi: ermənilər təlaş içində...
    • 25-07-2023, 14:07
    • 176

Prezident Xələfova yüksək vəzifə verdi: ermənilər təlaş içində...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

News24.az xəbər verir ki, erməni mətbuatı iddia edir ki, Xələfovun fəaliyyət dairəsi Qarabağ olacaq.

“Xələf Xələfov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin incəliklərini və bütün təfərrüatlarını yaxşı bilir. Azərbaycan Prezidenti İlham Əliyev Xələf Xələfovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edərək onu xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi. Əliyev hər zaman Qarabağın erməni əhalisinin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiyasını elan edib, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yeni statusu haqqında açıq danışıb. Bu o demək ola bilər ki, İlham Əliyev Xələfovun timsalında Qaraba yeni lider hazırlayır”, - “Hraparak” nəşri iddia edir.

Qeyd edək ki, bu, ermənilərin qorxularından qaynaqlanan iddiadır. 

Akqabay