-
- 25-07-2023, 18:30
- 433
Lavrovdan üçtərəfli görüşlə bağlı İLK AÇIQLAMA: Buna hazırıq!
Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesinə hər cür kömək etməyə hazırdır.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıqlarda deyib.
“Bu gün mən sizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin hazırda nə yerdə olduğu barədə fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz ekspert potensialımızdan və burada təmsil olunan dostlarımızla yaxşı münasibətlərimizdən istifadə edərək, onun razılaşdırılmasında hər cür köməklik etməyə hazırıq”, - Rusiya diplomatiyasının rəhbəri bildirib.
Lavrov qeyd edib ki, rəsmi Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında bütün üçtərəfli sazişlərə hörmətlə yanaşılması və həyata keçirilməsinin tərəfdarıdır.
“Biz bütün bu üçtərəfli sazişlərə bütövlükdə, bütün qarşılıqlı əlaqələri ilə hörmət edilməsinin və tətbiq edilməsinin tərəfdarıyıq”, - o deyib.
Akqabay