Qonaq getdiyi evde uşağı qaçırdı
    • 26-07-2023, 16:02
    • 162

Qonaq getdiyi evde uşağı qaçırdı

Türkiyədə bir qadın qonaq getdiyi evdə bacısının nəvəsini qaçırıb.

News24.az
xəbər verir ki, Mardində yaşayan Hülya A. (44) təxminən bir həftə əvvəl gəlini ilə Əskişəhərdə yaşayan böyük bacısı N.A-nın yanına gedib.Bir həftə bacısının yanında qalan Hülya A. dünən axşam saatlarında hamı yatarkən bacısının gəlininin bir həftə əvvəl dünyaya gələn körpə oğlunu da götürərək Mardinə gedib.

Bir müddət yuxudan ayılan ailə körpənin və Hülya A.-nın orada olmadığını anlayınca, körpələrinin qaçırıldığını polisə bildiriblər.

Qadın uşağı Konyaya qaçırmaq istəyərkən saxlanılıb.Polis bölməsinə aparılan Hülya A.-nın ilk ifadəsində əkiz övladının öldüyünü və körpəni ruhi xəstə olduğu üçün onu Mardinə aparmaq üçün qaçırdığını dediyi iddia edilib. Polis bölməsindəki prosesdən sonra "uşaq qaçırılıması" cinayəti ilə məhkəməyə çıxarıldıqdan sonra məhkəməyə sövq edilən Hülya A. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Aydan