FED uçot dərəcəsini kəskin - artırdı
İqtisadiyyat
ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqlayıb.
News24.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb.
Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə qalxıb.
FED inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bildirib.