Beş avtomobilin iştirakı ilə qəza baş verdi
    • 27-07-2023, 02:02
    • 171

Beş avtomobilin iştirakı ilə qəza baş verdi

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində beş avtomobil və bir motosiklet toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 

Zəncirvari qəza “Opel”, “Kia Rio”, “Nissan”, “Volkswagen”, “Toyota Prado” və motosikletin iştirakı ilə olub. 

Hadisə nəticəsində motosikletin və “Volkswagen” markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.