Avropa İttifaqı Niger prezidentini dəstəkləyəcək
    • 27-07-2023, 13:24
    • 304

Avropa İttifaqı Niger prezidentini dəstəkləyəcək

Avropa İttifaqı ölkədə çevrilişə cəhdlə üzləşmiş Nigerin hazırkı prezidenti Məhəmməd Bazumu tam dəstəkləyir.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel deyib. O, Afrika lideri ilə telefonla əlaqə saxladığını qeyd edib.

“Mən prezident Mohamed Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim . Biz Nigerdə sabitliyi pozmaq cəhdini qətiyyətlə pisləyirik”, - Mişel yazıb.