İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı
    • 27-07-2023, 13:52
    • 349

İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı

Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. 

Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, A.Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.