Tanınmış caz ifaçısı Arturo Sandoval Bakı səhnəsində - FOTO
    • 2-03-2019, 21:22
    • 671

Tanınmış caz ifaçısı Arturo Sandoval Bakı səhnəsində - FOTO

Martın 2-i Heydər Əliyev Sarayında “Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatı Arturo Sandoval konsert proqramı ilə çıxış edib.

Konsert ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi və "Premyer Art Menecment"in təşkilatçılığı ilə reallaşıb.
Konsertdən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Vilyam Qil çıxış edərək bildirib ki, truba ifaçısı Arturo Sandoval dövrümüzün ən görkəmli musiqiçisi və caz ifaçılarından biridir. Dizzi Gillespinin şagirdi olmuş Arturo Sandoval 12 yaşından klassik trubada ifa etməyə başlayıb və tezliklə caz dünyasını özünə heyran etməyi bacarıb. O vaxtdan Arturo caz trubasında və flügerhornda ifa edən məşhur musiqiçilərdən birinə, eləcə də pianoçu və bəstəkara çevrilib.
Qeyd edilib ki, Sandoval truba və orkestr üçün konsertlərin müəllifidir. Onun hərtərəfli istedadını çoxsaylı ifaçılarla - Dizzi Gillespi, Vudi Şo, Mişel Leqran, Coş Qroban, Toni Bennet, Bill Konti, Stan Getz, Conni Metis, Frank Sinatra, Pol Anka, Rod Stüart, Alişa Kiz və başqaları ilə birgə çıxışında da görmək mümkündür. Sandoval çoxsaylı filmlər üçün musiqi də bəstələyib.
Sonra caz ifaçısı konsert proqramı ilə çıxış edib.

//AZƏRTAC