“Hələ sağam, ölməmişəm” – Flora Kərimova
    • 27-07-2023, 16:05
    • 580

“Hələ sağam, ölməmişəm” – Flora Kərimova

Xalq artisti Flora Kərimovanın ölüm xəbəri yayılıb. Buna səbəb sənətkarın telekanalların birində qatılacağı verilişə getməməsi olub. 

News24.az Xalq artisti Flora Kərimovanın qızı ilə əlaqə saxlayıb. Yaqut Kərimova bildirib ki, anası sağdır. 

Daha sonra dəstəyi götürən Flora Kərimova bildirib ki, səhhəti ilə əlaqədar verilişdə iştirak etməyib:
“Mən də efirə çıxmağı çox istəyirəm. Amma istilərə görə studiyada otura bilmirəm. Bu gün də təzyiqim qalxıb. Dostlarım məni üzürlü saysın. 
Hələ sağam, ölməmişəm. Ölməmişdən qabaq zəng edib hamıya deyəcəyəm”.

Könül İbrahim