Siçovulu belə xilas etdilər - FOTO
    • 3-03-2019, 10:00
    • 839

Siçovulu belə xilas etdilər - FOTO

Almaniyanın Benshaym şəhərində qəribə, bir o qədər də dodaqqaçırdan hadisə baş verib.

News24.Az xarici mətbuata istinadən bildirir ki, şəhərin xilasedicilər xidmətinə qəfil zəng gəlib: zəng edən şəxs gombul bir siçovulun yoldakı lyukun çuxurunda ilişib qaldığı xəbərini verib.
Gombul siçovulun ilkin olaraq köməyinə heyvan xilasedicisi Maykl Zer (Michael Sehr) çatıb.
Ziyankar gəmiricinin xilasolunma əməliyyatı cəmiyyətdə güclü maraq yaradıb. Sanitariyanın siçovullarla mübarizə aparıldığını bildiyi halda, xilasedicilərin bu addımı şəhər sakinlərini təəccübləndirib. 
Cənab Zer sakinlərin marağına cavab olaraq bildirib ki, bütün heyvanlar, hətta dünyanın bir çox insanının nifrət etdikləri belə, hörmətə layiqdirlər. 
Çuxura düşmüş siçovulu ehtiyatlı şəkildə təkbaşına çıxara bilməyən Zer yardım üçün şəhər xilasetmə xidmətinin nümayəndələrini köməyə çağırıb. Cəsarətli xilasedicilər gələrək, yardıma ehtiyacı olan siçovulu çuxurdan çıxarıb və ona yaşaması üçün ikinci şans bəxş ediblər. Onların bu xeyirxah davranışı sonradan insanlar tərəfindən təqdirəlayiq qarşılanıb.

News24.Az