Xankəndidə çaxnaşma:
    • 27-07-2023, 16:32
    • 225

Xankəndidə çaxnaşma: "Spiker" uzaqlaşdırılır

Ermənistan mediası Xankəndidəki separatçı rejimin qondarma “parlament spiker”i Artur Tovmasyanın “postu"ndan kənarlaşdırılması ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, bu barədə məlumat “Hraparak” nəşrində yer alıb.

Nəşr qeyd edir ki, separatçı “spiker”in uzaqlaşdırılma səbəblərindən biri də Aərbaycanla bağlı fkirləridir. Həmçinin bunun müxtəlif səbəbləri var: “Əsas səbəb isə onun vəziyyətə nəzarət edə bilməməsi, içki aludəçisi olması və müəyyən açıqlamalarıdır. Tovmasyan bildirib ki, “Azərbaycan çoxmillətli ölkədir, uzun illər yan-yana yaşamışıq, bundan sonra da yaşamaq olar”. Bununla da o, reinteqrasiya prosesinə dəstəyini nümayiş etdirib. Səbəblərdən biri də onun Samvel Babayanla yaxınlığıdır”.

Nəşrin məlumatına görə,  Tovmasyanın yerinə daşnakların üzvü Davit İşxanyan gətiriləcək.

Arzu