Yaponiyada qabığı yeyilən banan icad edildi - FOTO
    • 3-03-2019, 10:30
    • 1 679

Yaponiyada qabığı yeyilən banan icad edildi - FOTO

Yaponiyata fəaliyyət göstərən D&T Farm kənd təsərrüfatı tədqiqat şirkəti yeni banan növü yetişdirib.

News24.Az xarici mətbuata istinadən verdiyi xəbərə görə şirkətin yetişdirdiyi banan adi bananlardan ona görə fərqlənir ki, onun qabığı da yeməlidir. Yeni banana Mongee adı verilib - tərcüməsi "inanılmaz" deməkdir. 
Mongeenin yetişdirilməsi üçün olduqca aşağı temperatur və ərimə prosesindən istifadə olunur. O adi banandan daha şirindir və yuxarıda qeyd etdiyimiz kimi, qabığı ilə birgə yeyilir.
Şirkət bildirib ki, yeni bananı oranın texniki inkişaf üzrə meneceri Szuzo Tanakaya icad edib. Menecer boş vaxtlarında bununla əvvəl hobbi olaraq məşğul olsa da, sonradan onun bu icadı tam hüquqlu layihə həddinə çatıb. 
Şirkət onu da bildirib ki, Mongeenin qabığının tərkibi əsəb sisteminin tənzimlənməsinə kömək edən vitamin B6, maqniy və amin turşusundan ibarətdir.
Mongeenin dadına baxan yapon jurnalistləri onun tropik ananasını xatırladan ətrinə heyran qalıblar. Bananın qabığı adi bananın qabığından qat-qat nazikdir. 
Qeyd edək ki, şirkətin açıqlamasına görə möcüzə-bananın yetişdirilməsi baha başa gəlir. Ona görə də onun satış qiyməti də çox baha - 5.75 dollar (9.77 AZN) qiymətinədir.

Azər NƏSİBOV