Məşhur aktrisa həbs edildi - FOTO
    • 27-07-2023, 17:07
    • 448

Məşhur aktrisa həbs edildi - FOTO

İranda məşhur aktrisa həbs edildi.

News24.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Tanınmış aktrisa Şöhrə Qəmər son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etmək ittihamı ilə saxlanılıb. 

Xəbər agentliyinin məlumatında deyilir: “Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb”.

Qeyd edək ki, məşhur aktrisa sosial media hesabından insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti tənqid edən paylaşımlar edib.